10 C
Baku
Thursday, December 12, 2024

Elizabeth Holmes – müasir dövrün dahi gənci

Theranos şirkətinin təsisçisi və həmsahibi

Sərvəti: Forbes versiyasına əsasən $4,5 milyard

Yaş: 31

Ailə vəziyyəti: subay

Elizabeth 1984-cü ilin fevralında  dünyaya gəlib. O 1857-ci ildə Danimarkada dünyaya gəlmiş cərrah, mühəndis, ixtiraçı və University of Cincinnati College of Medicine-nin dekanının nəticəsi idi. O uşaq vaxtı ulu babasının tərcümeyi-halını oxuyur və onun yolu ilə getməyi arzu edirdi.

elizabeth-holmes1993-cü ildə onun ailəsi Çinə köçür və Elizabeth burada qardaşı ilə birgə çin dilini öyrənir və kompüter proqramları sataraq ilk biznes təcrübəsi əldə edir.

2002-ci ildə prestijli Stanford universitetinə daxil olur və kimyanı öyrənməyə başlayır. Təhsildə əldə etdiyi uğurları, elmi fəaliyyəti və çin dilini bilməsi sayəsində Sinqapurda Genoma universitetində təcrübəyə yollanır. Qeyd edək ki, burada SARS koronavirusunun aşkar edilməsi ilə bağlı qan təhlilləri üzərində iş aparılırdı.

Bu təcrübə müddətində o testlərin aparılması üçün yeni ideyalar yaradır və geri dönərkən Robertson universitetinin professorları ilə bu ideyaları müzakirə edir. Nəticədə Elizabeth 2003-cü ildə ABŞ patenti almaq üçün ərizə ilə çıxış edir. Hazırda onun ABŞ-dan əldə etdiyi 18, digər ölkələrdən isə əldə etdiyi 6 patenti var.

Holmes qan təhlili üçün inqilabi texnologiya təklif etmişdi. Bu zaman təhlil üçün mikroskopik həddə qan damcısı tələb olunurdu. Təhlil özü isə sürətli, dəqiq və standart təhlil laboratoriyalarında olduğundan daha ucuz idi.

2003-cü ilin payızında 19 yaşlı tələbə ideyası üzərində işləmək üçün şəxsi şirkətini yaradır və işə Robertson universitetinin professorunu dəvət edir. Daha sonradan şirkət Theranos adını alır.

Şirkət zamanla inkişaf edir və rəqiblərdən qorunmaq üçün kifayət qədər gizli şəkildə işləyirdi. Bu zaman şirkətə 400 milyon dollar dəyərində kənar investisiya cəlb edilir.

Holmes tərəfindən yaradılan sistem geniş spektrdə təhlillər aparmaq imkanı verir. Theranos şirkətində qan təhlili prosesi avtomatlaşdırılmış və standartlaşdırılmışdır və insan amili istisna edilmişdir ki, bu da səhv etmək ehtimalını heçə endirir.

Son xəbərlər
Digər xəbərlər