9 C
Baku
Friday, December 27, 2024

Elliot dalğa nəzəriyyəsi nədir?

Dalğa nəzəriyyəsi Ralph Nelson Elliotun kütlə hərəkətlərinin müəyyən qanunauyğunluqlar üzrə dəyişdirinə və inkişaf etdiyinə dair kəşfidir. R. N. Elliot fond bazarının göstəricilərindən istifadə edərək müəyyənləşdirmişdir ki, müvafiq bazarlarda qiymətlərin daim dəyişən trayektoriyaları müəyyən bir struktur təsviri yaradır ki, bu da öz növbəsində təbiətdə mövcud olan əsas hormoniya ilə uyğunluq təşkil edir. Bunun əsasında Elliot bazar analizinin rasional sistemini işləyib hazırlamışdır.

Elliot dalğa nəzəriyyəsinin

Əsas prinsipləri

Dalğa Nəzəriyyəsinə əsasən bazarda hər hansı bir hərəkət daha öncəki dəyişikliklərin təsiri nəticəsində yaranır və eyni zamanda özündən sonrakı dəyişikliklərin baş verməsinə səbəb olur.

    • Hər bazar iştirakçısı tərəfindən həyata keçirilən əməliyyatlar daha öncəki dəyişikliklərin təsiri altında baş verir və özündən sonrakı əməliyyatların icrasına təşviq edir.
    • Bazardakı hərəkətlər bəlli bir zaman intervalında müəyyən bir fiqurlar əmələ gətirir. Bu cür fiqurların müəyyən zaman intervalları üzrə təkrarlanması gələcəkdə yarana biləcək formaların proqnozlaşdırılmasına imkan yaradır.

Beş dalğa modeli

1 3

Bazarda qiymətlərin hərəkəti yekun nəticədə 5 dalğadan ibarət struktura malik fiqur formalaşdırır. Bu dalğaların 1,3 və 5 rəqəmli ilə işarə edilmiş dalğalar konkret istiqamətlənmiş hərəkəti xarakterizə edir. Bu dalğalar 2 korrektə dalğaları (countertrend interruptions) vasitəsilə bir-birindən ayırırlar. Korrektə dalğaları ümumi tendensiya istiqamətinin əksinə yönəlmiş dalğalardır və 2,4 rəqəmləri ilə işarə olunur.

Dalğa formalari arasindaki fibonaççi nisbətləri

2 2

1) Hər dalğa iki istiqamətdə inkişaf edə bilər: Hərəkət (Motive) və Korreksiya (Corrective).

2) Hərəkət dalğaları beş dalğalı, korreksiya dalğaları isə üç dalğalı fiqurlardır.

3) Hərəkət dalğaları əsas trendin əmələ gəlməsini təsdiqlədiyi üçün “yüksələn dalğalar” və ya “hərəkətverici dalğalar” adlandırılır.

4) 2 və 4 nömrəli dalğalar trenddə əks istiqamətdə hərəkət etdikləri və 1, 3 nömrəli dalğaları əmələ gətirdikləri üçün “korreksiya dalğaları” adlanırlar.

5) Beş dalğa hərəkəti tamamlandıqdan sonra 3-cü dalğa formalaşmağa başlayır. Bu korreksiya dalğaları a,b, və c hərfləri ilə işarə olunurlar.

Dalğa xüsusiyyətləri

1-ci Dalğa

Demək olar ki, bütün 1-ci dalğaların yarısı ötən tendensiyaların tərkibində formalaşır. 1-ci dalğa 5 əsas dalğa ilə müqayisədə ən kiçik həcmə malikdir, bəzən ümumi tendensiyanın əsasını təşkil etdiyi zaman olduqca dinamik şəkildə müşahidə olunur.

2-ci Dalğa

Bir qayda olaraq 1-ci dalğanın qismən və ya tam uzunluğuna bərabər olur, lakin 1-ci dalğanın başladığı səviyyədən daha yüksəkdə yerləşir.

3-cü Dalğa

3-cü dalğa 5 impuls dalğaları içərisində ən uzun və dinamik müşahidə olunanıdır. 3-cü dalğa tərəfindən 1-ci dalğanın maksimum həddinin kəsilib keçilməsi klassik keçid adlanır və uzunmüddətli əməliyyatların yerləşdirilməsi üçün münasib siqnal hesab edilir. Bu zaman bazarda ticarət əməliyyatlarının həcmində artım müşahidə olunur. 3-cü dalğa 5 impuls dalğaları içərisində heç zaman ən qısası ola bilməz.

4-cü Dalğa

Bu dalğa daha mürəkkəb formaya malikdir. 2-ci dalğa kimi 4-cü dalğa da ümumi tendensiyaya əks istiqamətdə müşahidə olunur və korrektə xarakterlidir. 4-cü dalğa strukturuna görə digərlərindən fərqlənir, əksər hallarda üçbucaq fiqurlar müşahidə olunur. 4-cü dalğanın əsası heç zaman 1-ci dalğanın təpə nöqtəsi səviyyəsinə bərabər olmur.

5-ci Dalğa

3-cü dalğaya nisbətən daha az dinamikdir. Bu dalğa zamanı bir çox indikatorlar qiymət dəyişməsindən geridə qalır və bazarda divergensiya halları müşahidə olunur.

A Dalğası

Bu dalğanın yaranması təzahürlərindən ən başlıcası 5 daha kiçik dalğadan ibarət olması və bazarda ticarət həcmlərinin ümumi tendensiyaya əks istiqamətdə getdikcə artmasıdır.

B Dalğası

Bu dalğa yeni eniş tendensiyası zamanı qiymətlərin nisbi artımını özündə əks etdirir. Bazarda kiçik ticarət həcmlərinin mövcudluğu bu dalğanın xarakterik cəhətlərindəndir. Bu zaman ikiqat təpə fiqurları müşahidə olunur. Bəzən təpə nöqtəsi 5-ci dalğanın təpə nöqtəsindən daha yüksək səviyyədə yerləşir.

C Dalğası

Əksər hallarda A dalğasının əsasından daha aşağı səviyyəyədək müşahidə edilir. 4-cü dalğanın və A dalğasının əsasından (minimum səviyyələrindən) trend xətti keçirdiyi zaman qrafikdə “baş-çiyin” fiqurlar müşahidə olunur.

Diaqonal üçbucaqlar

3 2

Diaqonal üçbucaq hərəkətverici dalğa modelidir, lakin bir və ya iki korreksiya xüsusiyyətlərinə malik olduğu üçün impuls dalğa strukturu hesab edilmir. Ümumiyyətlə diaqonal üçbucaqlar beşinci və son dalğalarda əmələ gəlirlər. Hərəkətverici dalğalarda olduğu kimi diaqonal üçbucaqlarında tərkibinə daxil olan korreksiya dalğaları özündən əvvəlki hərəkətverici dalğanın bütün ölçüsü qədər korreksiya etmir və üçüncü dalğa heç bir halda digər dalğalarla müqayisədə ən qısa ölçüyə malik olmur.

Bununla bərabər diaqonal üçbucaqlar əsas dalğa istiqamətində formalaşan yeganə beş dalğalı strukturdur ki, tərkibinə daxil olan 4-cü dalğa demək olar ki, hər zaman 5-ci dalğanın maksimum səviyyəsini kəsir. Nadir hallarda diaqonal üçbucaqların formalaşması kəsinti hallarının yaranması ilə yekunlaşa bilər.

Yekun üçbucaqlar (ending diagonal)

4Elliotun xarakterizə etdiyi kimi yekun üçbucaqlar özündən əvvəlki 3-cü dalğa həddindən artıq uzun olduqda və kəskin qiymət dəyişikliyini xarakterizə etdiyi zaman beşinci dalğanın yerində formalaşır və xüsusi dalğa strukturunu özündə əks etdirir. Yekun üçbucaqların əksəriyyəti A-B-C strukturunun tərkibindəki C dalğasının yerində formalaşır. İki qat və üçqat təpə fiqurları müşahidə edildiyi zaman yekun üçbucaqlar yalnız sonuncu C dalğasının yerində formalaşır.

Yekun üçbucaqlar tendensiyasının son mərhələsində yaranaraq, yaxında bazarın yeni istiqamət alacağına işarə edir.

Başlanğiç üçbucaqlar (leading diagonal)

5

Diaqonal üçbucaqlar 5-ci dalğanın və ya C dalğasının yerində formalaşarkən 3-3-3-3-3 strukturu yaradır. Son zamanlar qeyd olunan fiqurun, trendin ayrı-ayrı hissələrində fərqli formada özünü büruzə verməsi müəyyən olunmuşdur. Əmələ gəlmiş yekun üçbucaqlar tərkib dalğalarının 5-3-5-3-5-li strukturuna görə başlanğıc üçbucaqlarından fərqlənir.

Ziqzaqlar və korreksiya kombinasiyalari

Ziqzaqlar (5-3-5)

6

Sadə ziqzaqlar A, B, C dalğalarından və əsas trendin əks istiqamətində əmələ gələn 3 dalğalı korreksiya modelidir. Tərkib dalğalarının ardıcıllığı 5-3-5 şəklindədir və B dalğasının maksimum səviyyəsi aşağıdakı şəkildə təsvir edildiyi kimi A dalğasının başlanğıc səviyyəsindən hiss olunacaq dərəcədə aşağıda yerləşir.

Müstəvi korreksiya (3-3-5)

7Müstəvi korreksiya ziqzaq fiqurlarından aşağıdakı şəkildə təsvir edildiyi kimi tərkibinə daxil olan dalğaların 3-3-5 ardıcıllığı ilə formalaşmasına görə fərqlənir. Birinci əsas dalğa olan A dalğası kifayət qədər gücə malik olmadığından  5 yox 3 dalğadan əmələ gəlir. B dalğası, A dalğasının təpə hissəsinə qədər qalxır və bu da bazarın öz gücünü hələdə qoruduğuna işarədir.

Üçbucaqlar (3-3-3-3-3)

Artan Üçbucaq:

8

Əks Simmetrik Üçbucaq:

9

Üçbucaq fiqurlar ticarət həcmi göstəriciləri və qiymət dalğalanmalarının təsiri altında bazarda yaranan güc tarazlığını əks etdirir. Üçbucaq fiqurları bir-birini qarşılıqlı surətdə əvəz edən beş dalğadan ibarət olurlar ki, bunlarda öz növbəsində 3-3-3-3-3 dalğa modeli formalaşdırır və müvafiq qaydada a-b-c-d-e dalğaları kimi işarə olunur. Hər bir üçbucaq fiqurunun kənar xəttləri a vəc,b və d dalğalarının yükun nöqtəsinin cüt-cüt birləşdirilməsi nəticəsində yaranır. Daxili C dalğası çox zaman üçbucağın kənar xəttinə toxunmaya və bu xətti kəsə bilir.

İkqat və üçqat təpə fiqurlari

10

Elliot üfüqi istiqamətdə inkişaf edən dalğa kombinasiyalarını “ikiqat təpə” və “üçqat təpə” korreksiya modeli kimi təsnifləşdirmişdir. Bu cür fiqurlar iki və ya üç sadə korreksiya modelininin birləşməsindən əmələ gəlir. Fiqurların daxili olaraq ilk iki hissəsi müstəvi korreksiya və ya ziqzaq olaraq görünür. Kombinasiyanın son mərhələsi isə çox vaxt üçbucaq modelləri ilə tamamlanır. İkiqat və üçqat təpə fiqurları kimi hər bir sadə korreksiya modeli W, Y və Z hərfləri ilə işarə edilir. Ümumi korreksiya istiqamətinə əks istiqamətdə yönəlmiş və X hərfi ilə işarə edilmiş korreksiya dalğaları hər hansı bir korreksiya modeli şəklində müşahidə edilə bilər, lakin əksər hallarda bu tip strukturlar ziqzaq fiqurları şəklində mövcud olur.

Ortodoksal təpə və dib

Bəzi hallarda formalaşmış korreksiya modelinin yekun nöqtəsi həmin modelin daxilində mövcud olan ekstremal nöqtədən fərqli səviyyədə yerləşir. Bu halda müvafiq modelin yükun nöqtəsini model daxilində mövcud olmuş maksimum və minimum nöqtədən fərqləndirmək üçün bu səviyyələr “ortadoksal təpə və ya dib” nöqtələri kimi adlandırırlar.

 

 

 

 

 

 

Mənbə: Investaz

Son xəbərlər
Digər xəbərlər