8 C
Baku
Friday, December 13, 2024

“Elm haqqında” qanun qəbul olundu

Milli Məclisin növbədənkənar plenar iclasında “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, 7 fəsil, 40 maddədən ibarət olan layihə Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir: “Elmdə azərbaycançılıq ideologiyasının təbliği sahəsində müddəanın çıxarılması barədə təklifi məqbul saydıq. Amma azərbaycançılığın elmin prioritet istiqaməti kimi saxlanılmasında israrlıyıq. Azərbaycançılıq alimin vətəndaş kimi fəaliyyətində prioritet istiqamətdir. Heç bir sahə prinsipsiz yaşaya bilməz. Azərbaycançılıq etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanları, xalqları özündə birləşdirir”.

Layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr salınıb və ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Qanun layihəsində Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması da təklif edilir. Layihəyə əsasən, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir.

Son xəbərlər
Digər xəbərlər