3 C
Baku
Saturday, February 24, 2024

Elm və Təhsil Nazirliyinin aparatının saxlanılmasına çəkilən xərclər azaldılır

2024-cü ilin dövlət büdcəsindən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə də vəsait ayrılacaq.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bunun üçün büdcədən nazirliyin aparatının saxlanılmasına çəkilən xərclər 15 milyon manat azaldılacaq və yeni yaradılmış dövlət agentliklərinə yönəldiləcək.

Bundan başqa, nazir deyib ki, gələn il Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aparatının saxlanılmasına büdcədən 5.9 milyon manat, yeni yaradılmış Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin aparatının saxlanılmasına isə 3.6 milyon manat xərclənəcək: “Bu vəsaitlər əlavə xərcə getmədən ehtiyat kimi yaradılmış vəsait hesabına təmin ediləcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər