19 C
Baku
Sunday, May 19, 2024

Elm və Təhsil Nazirliyinin işçilərinin yeni say həddi müəyyənləşib

Nazirlər Kabineti Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddinin təsdiq edilməsi barədə qərar verib.

Banker.az xəbər verir ki, qərara əsasən, Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 180 ştat vahidi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil 2 üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 43 ştat vahidi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 43 ştat vahidi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 882 ştat vahidi təsdiq edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər