28 C
Baku
Saturday, July 27, 2024

Elman Rüstəmov 2017-ci ilin yekunları üzrə birrəqəmli inflyasiyanı mümkün hesab edir

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2017-ci ilin yekunları üzrə birrəqəmli səviyyədə inflyasiyanı real hesab edir.

“Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, digər beynəlxalq təşilatlardan Azərbaycanda birrəqəmli inflyasiyaya dair müxtəlif müsbət proqnozlar var. Biz öz hesablamalarımızı aparırıq. Əsas məqsədlərimizdən biri, 2017-ci ilin yekunları üzrə birrəqəmli inflyasiyaya nail olmaqdır”, – deyə E.Rüstəmov bu gün jurnalistlərə bildirib.

AMB-nin sədri inflyasiyaya təsir edən müxtəlif amillərin olduğunu qeyd edib. “İnflyasiya yalnız monetar xarakter daşımır, dünyada qiymətlərin təsiri və bir sıra digər amillər var. Bütün bu amilləri düzgün idarə etmək lazımdır. Bütövlükdə, biz bu “benchmark”ı (birrəqəmli səviyyəyə qədər azalma – İF) real hesab edirik”, – deyə E.Rüstəmov əlavə edib.

2017-ci il yanvar-aprel aylarının yeklunları üzrə Azərbaycanda orta illik inflyasiya 13,5% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər