27 C
Baku
Saturday, July 27, 2024

Elman Rüstəmov: Kredit götürmək xətrinə də kredit götürürlər

“Bunu çox ciddi araşdırmaq lazımdır”.

Əhalinin kreditə olan tələbatı həddindən artıq böyükdür.

Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTv-nin “Günün nəbzi” proqramına müsahibəsində deyib.

“İnsanlar kredit götürmək istəyirlər. Bunu çox ciddi araşdırmaq lazımdır. Bunun təbii ki, iqtisadi tərəfləri var. Amma sosial, psixoloji tərəfləri də mövcuddur. Mənə hərdən elə gəlir ki, kredit götürmək xətrinə də kredit götürürlər. Görünür ki, bu məsələ ilə sosioloqlar da bizimlə birgə məşğul olmalıdırlar”, – o deyib.

Sədrin sözlərinə görə, müəyyən əhali qrupunun maliyyə savadlılığı istənilən qənaətbəxş səviyyədə deyil, lakin bu o demək deyil ki, bundan sui-istifadə olunmalıdır.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.