17 C
Baku
Saturday, May 25, 2024

Elman Rüstəmov manatdan danışdı (VİDEO)

Qarşıdakı 4 ildə Azərbaycan manatının orta illik məzənnəsi açıqlanıb

ANS TV-nin məlumatına görə, hökumətin açıqlamasında qarşıdakı 4 ildə Azərbaycan manatının dollar və avroya nisbətdə orta illik məzənnəsinin sabit qalacağını bildirib.
2016-cı il dövlət büdcəsi zərfində qeyd olunur ki, qarşıdakı 4 il ərzində 1 dollar 1 manat 5 qəpik, 1 avro 1 manat 13 qəpik civarında qalacaq.

Amma bu proqnozlar Azərbaycandakı iqtisadi prosesləri izləyən bəzi beynəlxalq maliyyə qurumlarının fikirəri ilə heç də üst-üstə düşmür. Məsələn, Asiya İnkişaf Bankı hesab edir ki, Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin uzuşlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər.

Bank qeyd edir ki, Azərbaycanın valyuta ehtiyatları bu ilin yanvar-avqust aylarında təxminən 30 faiz azalıb. Bu isə Mərkəzi Bankın devalvasiyadan sonra manatın məzənnəsini sabit saxlamaq cəhdlərinin nəticəsidir. Amma Mərkzi Bankın sədri Elman Rüstəmovnarahatlığa əsas görmür:

“Valyuta bazarında sakitlik hökm sürür. Narahatçılıq üçün bugün heç bir əsas yoxdur”.

Uzun illərdir möhkəmliyini saxlayan manat sonuncu dəfə fevral ayında devalvasiyaya uğradı. Həmin vaxt manat dollar və avroya nisbətdə 30 faizdən çox dəyərini itirmişdi.

[su_youtube url=”https://www.youtube.com/watch?v=hCX54Y1V9Hs”]

Son xəbərlər
 ⁠
Digər xəbərlər