6 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Elman Rüstəmov və Aynur Sofiyeva quruma sənədsiz rəhbərlik ediblər?

Azərbaycan Şahmat Federasiyasının nizamnaməsi itib.

1992-ci il noyabrın 26-da Ədliyyə Nazirliyində 255№ ilə dövlət qeydiyyatına alınmış federasiyaya məxsus nizamnamə və Ədliyyə Nazirliyi Kollegiyasının qərarından çıxarış itib.

Bu səbəbdən də həmin sənədlər etibarsız sayılır. Hazırda federasiyanın yeni sənədləri hazırlanır. Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov  danışıb:

“Bəli, həmin nizamnamənin əsli o vaxt itib, tapılmır. Yalnız onun notarial surətləri qalıb. Bu səbəbdən də Ədliyyə Nazirliyinə müraciət edərək həmin sənədin tapılacağı halda belə, etibarsız saymasına dair müraciət etmişik”.

Qeyd edək ki, Şahmat Federasiyasının əvvəlki prezidentləri indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva və Mərkəzi Bankın sədri Elman Rüstəmov olub. Lakin sənədin nə zaman itdiyi bilinmir. Əgər sənəd A.Sofiyevadan əvvəlki dövrdə itibsə və sonrakı hər iki federasiya rəhbəri qurumun sənədi olmadan çalışıbsa, bu, normal hal sayılmır. Yox əgər, sənəd A.Sofiyevanın dövründə yoxa çıxıbsa, E.Rüstəmov federasiyaya vacib sənədlər olmadan rəhbərlik edib. Yaxud sənədlər E.Rüstəmovun dövründə itib.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər