27 C
Baku
Saturday, July 27, 2024

Elman Rüstəmov vətəndaşların suallarını cavablandıracaq

Azərbaycan Respublikasının dövlət qurumları rəhbərlərinin vətəndaşlarla növbəti görüş qrafiki açıqlanıb.

Qrafikdə yanvarın 28-dən fevralın 12-dək olacaq görüşlər öz əksini tapıb. Əgər bundan əvvəlki dövrlərdə hər nazirin ay ərzində 1 görüşü nəzərdə tutulurdusa, bu dəfə görüş sayı bir neçə dəfə artırılıb.

Məsələn, yarım aylıq üçün hazırlanan hazırkı qrafikdə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 3, Vergilər naziri Fazil Məmmədovun 2, həmçinin digər nazirlərin də bir neçə görüşü nəzərdə tutulub.

Bundan başqa əvvəlki dönəmdən fərqli olaraq bu dəfə Prezident Administrasiyasının şöbə müdirləri (Əli Həsənov, Novruz Məmmədov, Zeynal Nağdəliyev və s.), Baş nazirin birinci müavini Ya  qub Eyyubov, Milli Məclis sədrinin müavinləri, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə naziri Samir Şərifov və digər vəzifəli şəxslər də vətəndaşlarla görüşəcəklər.

Elman Rüstəmovun ilk görüşü Nefçala rayonunda 04 Fevral 2016-cı il tarixində baş tutacaq.

1

2

3

Son xəbərlər
Digər xəbərlər