27 C
Baku
Saturday, July 27, 2024

Elman Rüstəmovdan manatın ucuzlaşması ilə bağlı açıqlama gəldi

Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın ucuzlaşması məsələsinə aydınlıq gətirib.

E.Rüstəmov manatın devalivasiyasını neftin ucuzlaşması ilə əlaqələndirib.

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı E.Rüstəmov 2008-ci ildə də neftin qiymətinin ucuzlaşmasına toxunub.

Mərkəzi Bankın qeyd edib ki, o zaman manatın sabitliyi təmin edildi: “O zaman biz manatın sabitliyini təmin etdik. Biz təxminən 1 milyard manat sərf edərək manatın sabitliyini saxladıq. O zaman neftin qısa zamanda qiyməti sabitləşdi və biz xərclədiyimiz vəsaiti geri qaytara bildik”.

E.Rüstəmov qeyd edib ki, 2014-cü ildən bəri neftin qiymətinin iki dəfə ucuzlaşması yeni bir fenomendir. O qeyd edib ki, ekspertlərin, beynəlxalq investisiya təşkilatlarının qiymətləndirməsinə görə bu ucuzlaşma 80-cı illərin əvvəlində baş vermiş ucuzlaçmadı: “Həm ekspertlərin, həm beynəlxalq inmvestisiya banklarının proqnozuna görə, neftin ucuzlaşması hələ davam edəcək”.

AMB rəhbəri neftin qiymətinin uzun müddət ərzində artmayacağı barədə proqnozların verildiyini xatırladıb: “Neftin qiymətinin 50 dollar olacağı təqdirdə ölkənin xarici balansı profisiti 5 dəfə azalacaq, 40 dollar olacağı təqdirdə mənfi zonaya keçəcək”.

E. Rüstəmov deyib ki, ölkənin kifayət qədər valyuta ehtiyatı var, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri düzgün idarə olunur: “Amma köhnə siyasəti davam etdirsəydik, həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları sıfırlaşardı. Buna görə də, bu proseslərə reaksiya verməliyik”.

Trend

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.