-1 C
Baku
Sunday, December 15, 2024

Elman Rüstəmov: “2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollara hesablanacaq”

 “Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsində hər-hansı ciddi dəyişiklik gözləmir”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

“Azərbaycanda kəskin devalvasiya gözlənilmir. Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq. Lakin bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır”, – deyə o bildirib.

E. Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti “50 dollara hesablanacaq”.

Son xəbərlər
Digər xəbərlər