-3 C
Baku
Sunday, December 15, 2024

Elman Rüstəmov açıqlama verdi

“Biz müşahidə edirik ki, dünya bazarında neftin qiyməti ötən ilin iyulundan etibarən 3 dəfədən çox aşağı düşüb. Bu, Azərbaycan iqtisadiyyatı üçün gəlirlərin əhəmiyyətli dərəcədə azalması deməkdir. Bu azalma da ölkənin tədiyyə balansına əhəmiyyətli təsir göstərir”.

Banker.azın report-a istinadən məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, valyuta bazarı və məzənnəyə təsir edən əsas amil yalnız neftin qiymətinin aşağı düşməsi deyil:

“Hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Tərəfdaş ölkələrdə devalvasiyanın səviyyəsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz”.

 

APA-nın məlumatına görə, baş bankir yaranmış vəziyyətdə manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasının zəruri olduğunu qeyd edib:

“Buna görə, bu gündən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul olunub. Söhbət idarə olunan üzən məzənnədən gedir. Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək. Bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyatımız üçün ciddi çaşqınlıq yarada bilər. Bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyuta olan tələbini tam ödəyirdik. Lakin bundan sonar biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq”.

Son xəbərlər
Digər xəbərlər