7 C
Baku
Thursday, December 12, 2024

Elman Rüstəmov: “Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil”

“Tam üzən məzənnə siyasətinə keçid manatın 20-30% ya möhkəmlənməsinə, ya da ucuzlaşmasına səbəb ola bilər”

“Azərbaycan Mərkəzi Bankı ölkədəki makroiqtisadi vəziyyəti və əsas ticarət tərəfdaşlarının öz mili valyutalarını devalvasiya edib-etmədiklərini izləyir”.

Bunu bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

E. Rüstəmovun sözlərinə görə, Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə tam hazır deyil: “Çünki indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir. Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil”.

Baş bankirin sözlərinə görə, tam üzən məzənnə siyasətinə keçid üçün ölkədə çoxlu sayda valyuta qazanan təşkilatlar olmalıdır: “Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var. Bu Azərbaycan Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Dövlət Neft Şirkətidir. Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30% ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Bu isə iqtisadiyyatda böyük əsəbilik yarada bilər. Buna görə də, biz tam olaraq üzən məzənnə siyasətinə keçmirik, idarəedilən məzənnə siyasətinə keçmişik”.

APA

Son xəbərlər
Digər xəbərlər