8 C
Baku
Thursday, December 12, 2024

Elman Rüstəmov: “Bir neçə banka birləşmək üçün 1 ay vaxt verilib”

“Zəif, problemi olan banklar sistemdən uzaqlaşdırılmalıdır”.Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.


AMB sədri qeyd edib ki, ilkin mərhələdə sistemi tərk edən banklar ödəmə qabiliyyətini itirənlərdir: “Maliyyə sektorunda konsolidasiya problemləri həmişə diqqət mərkəzində olub. Bağlanmış banklara diqqət yetirsək görərik ki, onların ölkənin sosial-iqtisadi sistemində rolu bir o qədər də böyük deyil. Əksinə, maliyyə sabitliyi üçün problemlər yarada bilərdi”.

E. Rüstəmov bildirib ki, onun rəhbərlik etdiyi qurum bir neçə banka birləşmək üçün 1 ay vaxt verib: “Bu proses başa çatmalı və onlar vahid banka çevrilməlidirlər”.

APA

Son xəbərlər
Digər xəbərlər