9 C
Baku
Friday, November 15, 2024

Elman Rüstəmov: “Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tam üzən məzənnəyə keçiddən sonra 1 dolların 2 manat 50 qəpik ola biləcəyinə dair yayılan məlumatlara münasibət bildirib.

Elman Rüstəmov deyib ki, bu gün dolların manata nisbəti üzən məzənnə ilə müəyyən edilir: “Amma mən 1 dolların 2 manat 50 qəpik olmasını proqnozlaşdırmıram. Yəni, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”.

E.Rüstəmov həmçinin bildirib ki, bu gün dolların məzənnəsi təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrinin milli valyutasına nisbətdə bahalaşıb. (unikal.org)

Son xəbərlər
Digər xəbərlər