7 C
Baku
Thursday, December 12, 2024

Elman Rüstəmov: Kredit faizilərinə təsir imkanlarını artırmağa çalışırıq

“Azərbaycanda bank siyasətinin kredit faizilərinə təsir imkanlarını artırmağa çalışırıq. Bununla bağlı islahat gündəliyi var. Başlıca diqqət bu sahədə islahatlara yönəlib”.

Banker.az-ın Reporta istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“İnflyasiyanın hədəflənməsi rejiminə keçməyə hazırlaşırıq. Hələ ki, depozit və kredit faizlərinə təsir imkanları zəifdir. Bu rejimə keçəndən sonra təsir imkanlarımız arta bilər”, – o əlavə edib.

Baş bankir həmçinin deyib ki, hazırda neftin bahalaşmasının Azərbaycan manatının məzənnəsinin möhkəmlənməsinə təsiri cüzidir.

Son xəbərlər
Digər xəbərlər