21 C
Baku
Friday, April 26, 2024

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

Elman Rüstəmov Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilib.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Elman Rüstəmov göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Son 17 ildə ölkəmizdə aparılan nəhəng quruculuq işlərində iştirak etməyimdən şərəf duyuram. Mənə etimad göstərdiyinizə görə hər birinizə təşəkkür edirəm”.

Elman Rüstəmov 13 yanvar 1995-ci ildən Mərkəzi Bankın ( 2008-ci ilə qədər Milli Bank) sədri vəzifəsində çalışır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, Mərkəzi Bankın sədri və müavinləri isə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin edilirlər.

AMB sədri İdarə Heyətinin sədri Bankın icra strukturuna başçılıq edir və İdarə Heyətinə sədrlik edir, Mərkəzi Bankı təmsil edir, rəhbər heyət arasında vəzifə bölgüsünü aparır və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” əsasən İdarə Heyətinin səlahiyyətinə aid olman məsələləri həll edir.

Elman Rüstəmov kimdir?

Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur.

1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır.

1974-cü ildən 1975-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.

1975-ci ildən 1978-ci ilədək aspiranturada oxumuşdur.

1978-ci ildən 1980-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləmişdir.

1980-cı ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışmışdır.

1986-cı ildən iqtisad elmləri namizədidir.

1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil almışdır.

1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir.

1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

1993-cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsi almışdır. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.

1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.

2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.

2007-ci ildə Azərbaycan Şahmat Federasiyasının Sədri vəzifəsinə təyin edilmişdir.

2010-cu ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilmişdir. Dünya Azərbaycan üzrə sədridir.

2015-ci ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir. 3 övladı var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər