Elman Rüstəmov: “Pandemiya fonunda manatın devalvasiyası gözlənilmir”

“Pandemiya fonunda manatın devalvasiyası gözlənilmir”.

Bunu açıqlamasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

AMB sədri bildirib ki, artıq pandemiyanın kəskin hissəsi arxada qalmağa doğru gedir: “Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub”.

Son xəbərlər
Digər xəbərlər