Azərbaycan Mərkəzi Bankı (AMB) “Rabitəbank” ASC-nin kənar audit hesabatının açıqlamasına görə vaxt verib.
Bu barədə AMB sədri Elman Rüstəmov açıqlama verib.
Ölkədə artıq əksər banklar artıq audit hesabatını açıqlasa da ötən ilin payızında yeni sima alan “Rabitəbank” isə gözlə mövqeyindədir, hesabat təqdim etmir.
Bankın 2018-ci il üzrə hesabatını “KPMG Azərbaycan” tərəfindən aparılmışdı.
Xatırladaq ki, “Rabitəbank” ASC-nin 101,3 mln. manatlıq nizamnamə kapitalı var. Bunun 40,60% – Rauf Əliyev, 30,00% – Validə Abbasova, 11,48% – Zakir Nuriyev, 9,11% – Dilarə Nuriyeva, 7,60% – Seyran Nuriyev, 1,07% – Aslan Xasiyev və 0,14% – 12 hüquqi şəxslər sahibdir.