“Bu il sığorta bazarında əhəmiyyətli canlanma olmasına çalışacağıq”.
Bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səs verən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, əsas məqsəd həm əhalinin, həm də biznesin risklərinin sığortalanmasını əhatə etməkdir: “Bu da sığorta bazarının genişlənməsinə, risklərin azalmasına gətirib çıxardacaq. Dövlətin qoyduğu əsas şərt budur ki, sığorta şirkətləri problemlərini özləri həll etsin və dövlətin üzərinə yükləməsin. Hələ ki, sığorta şirkətlərində qiymətləndirmələrə başlamamışıq, yaxın vaxtlarda başlayacağıq. Ümumilikdə, sığorta sahəsində sabitlikdir. Ola bilər ki, nöqtəvi problemlər olsun, lakin ciddi problem hiss etməmişik”./Report