10 C
Baku
Thursday, December 12, 2024

AMB sədri – Elman Rüstəmov yeni rəhbərlə görüşdü

Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının sabiq rəhbəri Məhəmməd əl-Qorçi və missiyanın yeni rəhbəri Natalia Tamirisa ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında görüş keçirilib.

Görüşdə Məhəmməd əl-Qorçi onun ölkəmiz üzrə missiya rəhbəri vəzifəsində çalışdığı zaman BVF-in Azərbaycanda görülmuş işləri barədə məlumat verdi. Sonra da BVF-nin Azərbaycan üzrə yeni missiya rəhbərini təqdim etdi və onun Fondun fəaliyyətinin müxtəlif istiqamətlərində geniş tərcübəsini xüsusi vurğulayıb.

Öz növbəsində E.Rüstəmov bu istiqamətdə Məhəmməd əl-Qorçinin Azərbaycan üzrə missiyaya rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirdi və təşəkkürünü bildirdi.

E.Rüstəmov missiyanın yeni rəhbəri xanım Tamirisaya Azərbaycanda həyata keçiriləcək fəaliyyətində uğurlar arzulayaraq BVF və Mərkəzi Bank arasında formalaşmış əməkdaşlıq, ölkədəki makroiqtisadi vəziyyət, iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti istiqamətləri və bu sahədə keçirilən islahatlar barədə ətraflı məlumat verdi.

Xanım Tamirisa ölkəmizdə müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizə texniki yardımın göstərilməsinə və müvafiq məsləhətləşmələrdə iştirak etməsinə hazır olduğunu bildirdi. O, BVF-nin Azərbaycana dəstəyinin bundan sonra da davamlı olaraq genişləndirilməsi istiqamətində çalışacağını qeyd etdi.

Görüşdə həmçinin Mərkəzi Bank ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Son xəbərlər
Digər xəbərlər