1 C
Baku
Saturday, December 14, 2024

Elman Rüstəmovdan məzənnə açıqlaması: “Mərkəzi Bank və hökumətin vahid planı var”

Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı yayılan xəbərlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirib.

Banker.az xəbər verir ki, o, unikal.org-a açıqlamasında bu cür xəbərləri şayiə adlandırıb:

“Əsası olmayan boş-boş sözlər danışırlar. Bu gün dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari ilə bütün makroiqtisadi situasiya makroiqtisadi sabitlik üzərində qurulub”.

E.Rüstəmov Azərbaycan nefti dünya bazarında ucuzlaşsa belə, bunun dolların kursuna təsir etməyəcəyini də vurğulayıb: “Bütün bunlara görə, Mərkəzi Bank və hökumətin vahid planı var. Qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik hökm sürüb. 2019-cu ildə də belə olacaq”.

Son xəbərlər
Digər xəbərlər