Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
- Abbasov Vaqif Məhərrəm oğlu
- Məmmədyarov Məhərrəm Əli oğlu
- Rüstəmov Musa İsmayıl oğlu.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarov azərbaycanlı alim, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür. O, 2014-cü ildə “Şərəf” ordeni ilə təltif olunub.