Azərbaycanda iki qardaşın yarı-yarı pay sahibi olduğu “FİNOKO” Bank Olmayan Kredit Təşkilatı ASC 2020-ci ildə dividend ödəyib.
Banker.az xəbər verir ki, bu barədə BOKT-un audit hesabatında qeyd edilir.
Elmar və Elçin Əliyev qardaşların BOKT-nun bölüşdürülməmiş mənfəətindən iki səhmdarına 450 000 manat ödəniş edib.
Qardaşların BOKT-dan əldə etdikləri 450 min manatlıq dividenddən sonra cəmi kapital 5 milyon 306 min manatdan 4 milyon 869 min manata qədər azalmışdır. Cəmi kapitalını, 4 milyon 855 min manatı səhm kapitalı və 13 149 min manatını isə bölüşdürülməmiş mənfəət formalaşdırır.
Hər biri 10 manat nominal dəyərdə olmaqla 485.5 min səhm paketinə sahibdir.
Qeyd edək ki, BOKT 4 filial və 75 işçi heyətinə sahibdir.
2021-ci ilin 1 yanvarına 24 milyon 877 min manatlıq aktivə sahibdir.