24 C
Baku
Wednesday, May 22, 2024

Elmi təşkilatlarda magistratura yaradılmayacaq

Elmi təşkilatlarda magistratura yaradılmayacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda yaradıla bilər. Bu siyahıdan elmi təşkilat çıxarılıb.

Müvafiq olaraq qanunun digər maddələrinə də anoloji dəyişiklik edilib. İndiyə qədər elmi təşkilat magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurum olub. Magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata şamil edilir. Dəyişikliyə əsasən, bu müddəalar ləğv edilir.

Qanun 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər