26 C
Baku
Saturday, July 27, 2024

Elnur Əliyev: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olub”

“Avropa İttifaqı (Aİ) ötən ildə 15,2 milyard ABŞ dolları dəyərində dövriyyə ilə Azərbaycanın əsas ticarət tərəfdaşı olub”.

Bunu Aİ-nın və Dünya Bankının (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişi imzalaması mərasimində iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev bildirib.

O, həmçinin deyib ki, hazırda Azərbaycanda Aİ-dan olan 1 700-dən çox şirkət fəaliyyət göstərir.

“Dünya Bankı ilə də sıx əməkdaşlığımız var. Bu vaxta qədər bu qurumdan 52 layihə üzər 4 milyard dollardan artıq dövlət zəmanətli investisiya cəlb etmişik”, – nazir müavini əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər