25 C
Baku
Sunday, April 21, 2024

Elnur Əliyev: “İqtisadiyyatın artım tendensiyası davam edir”

2021-ci ildə ölkəmiz üçün nəzərə çarpacaq nailiyyətlər əldə edilib. Bu tendensiya bu il də davam edib. Bu ilin yanvarından maya qədər ÜDM ötən illə müqayisədə 7.5 faiz artıb.

Bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

O qeyd edib ki, növbəti il üçün əsas məqsəd Azərbaycanın 2030-cu ilə qədər olan milli prioritetlər çərçivəsində inkişafıdır.

“Əsas prioritetlər iqtisadiyyatın rəqabətqabiliyyətli artırılması, sosial ədalətin möhkəmlənməsi, rəqabətqabiliyyətli insan kapitalının yaradılması, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi, ətraf mühitin qorunmasıdır.

Bu prioritetlərin tətbiq edilməsi ölkənin davamlı inkişafında mühüm rol oynayır”, – deyə nazir müavini vurğulayıb.

MənbəTrend
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər