7 C
Baku
Sunday, January 29, 2023

Elnur Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasından çıxarıldı, yerinə Azad Cəfərli təyin olundu

Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibindən çıxarılıb.

Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxsin Müşahidə Şurasına üzv təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər
X