21 C
Baku
Tuesday, April 16, 2024

Elnur Allahverdiyev: “Qarabağda çalışan iş adamlarının çoxu şikayət edir”

“Qarabağda çalışan iş adamlarının çoxundan onlara ödənişlərdə gecikmələr olması ilə bağlı şikayətlər qəbul edirik”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Elnur Allahverdiyev deyib.

“Büdcənin açılması və bağlanması məsələləri var. Bunu biz işçi heyətimizlə müzakirə edə bilərik, amma iş adamına izah etmək olmur. Dünyada gedən inflyasiya, kataklizmalar ona gətirib çıxarıb ki, biznesin Qarabağda işləməyə həvəsi azalmağa başlayıb. Həmin şirkətlərin adlarını da çəkə bilərəm. Onlar öz vəsaitlərindən istifadə edir və söz verir ki, bu işi bu vaxta qədər görəcəyik. Amma geri ödəmə çox vaxt olmur. Bu da onunla əsaslandırılır ki, büdcə açılmayıb. Onlar bunu başa düşmür. İş adamı bilməlidir ki, bu gün gördüyü işin pulu müəyyən müddətdən sonra veriləcək, ya da bilməlidir ki, ümumiyyətlə verilməyəcək və işi götürməsin”, – deyə o qeyd edib.

Deputatın dediklərinə münasibət bildirən parlamentin komitə sədri Tahir Mirkişili isə deyib ki, İqtisadiyyat Nazirliyi dövlət büdcəsindən daxili ödəmələrlə bağlı yeni qanun layihəsi hazırlayacaq: “Təkcə podratçılara ödənişlərlə deyil, həmçinin daxili ödəmələr, ödəniş qəbzləri ilə bağlı müəyyən problemlər var. Sözügedən layihədə bütün bu məsələlər nəzərə alınacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər