Elnur Məmmədov XİN-də bu idarələrə nəzarət edəcək – Siyahı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin olunub.

Yeni müavin təyinatından sonra XİN-in strukturunda bir sıra dəyişikliklər edilib.

Dəyişikliklərlə yeni müavinin nəzarət edəcəyi idarələr müəyyənləşdirilib.

Amerika idarəsi, Asiya İdarəsi, UNESCO üzrə Azərbaycan Respublikasının Daimi Katibliyi, Ümumi Katiblik, Linqvistik təminat idarəsi, Arxiv İdarəsi, İşlər İdarəsi, Xüsusi şöbə bundan sonra E.Məmmədovun nəzarətində olacaq.

Qeyd edək ki, E.Məmmədov sözügedən təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər təhsil nazirinin müşaviri olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.