Elon Maskın “SpaceX”i “Zoom”a etibar etmir – İşçilərə istifadəsini qadağan etdi

Video-konfrans

Elon Maskın “SpaceX” Kosmik Kəşf Texnologiyalar Şirkəti‎ işçilərinə video-konfrans üçün “Zoom” messencerdən “əhəmiyyətli məxfilik və təhlükəsizlik məsələlərinə” görə istifadəyə qadağa qoyub. Şirkət bu addımı ABŞ-da hüquq orqanlarının son günlərdə məşhurlaşan bu tətbiqlə bağlı xəbərdarlığından sonra bu addımı atıb.

Banker.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazır.

“Zoom” tətbiqi dünyada koronavirus pandemiyası səbəbindən insanların evlərinə çəkilməsindən sonra məşhurluğunu artırıb.

“Zoom Video Communications Inc.” Şirkətinin tətbiqini işçilərinə qadağan edən “SpaceX” bununla hazırda kosmik araşdırmalardakı kəşf, bir sıra həyati əhəmiyyətli layihələr və işçilərinin sağlamlıqlarının qorunmasını təmin etməkdə israrlıdır.

28 martda e-poçtla göndərilən məktubdada, “SpaceX” işçilərinə “Zoom”dan istifadəyə məhdudiyyət tətbiq  edəcək.

“Biz anlayırıq ki, bir çoxlarımız video və digər görüşmələr üçün bu alətdən istifadə edirik”, deyə aerokosmik şirkətinin elanında deyir. “Lakin, e-poçt, mesaj və ya telefondan istofadə edərək aranızda kommunikasiya saxlamanızı rica edirik”

6000 işçiyə sahib olan “SpaceX” şirkətin rəhbəri və sahibi olan Elon Mask həmçinin “Tesla Inc.” Şirkətinin sahibidir.

“SpaceX”in ən böyük müştərisi olan NASA da eyni vəziyyətdə işçilərinə “Zoom”un istifadəsindən yaralanmağa məhdudiyyətlər tətbiq edib.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda və dünyada demək olar bütün dövlət qurumları bu proqram təminatından istifadə edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları