“Tesla” və “SpaceX” şirkətlərinin CEO-su Elon Musk, yeni layihəyhə start verib.
Belə ki, onun Neuralink adlı yeni startapı, insan beyni ilə kompüter arasında neyrointerfeyslərin yaradılmasında iştirak edəcək. Neuralink-in məşğul olacağı bu texnologiya, elmi-fantastik kitab və filmlərdən bizə tanışdır. Sözügedən texnologiya, insan beyninə elektron cihazın (böyük ehtimal ilə süni zəka) yerləşdirilməsini təmin edir. Beləliklə həmin cihaz, insanın koqnitiv imkanlarını daha üst səviyyəyə çıxardacaq. Məsələn beyindəki məlumatları kompüterə yükləmək və ya kompüterdən hansısa məlumatı, beyinə yenidən geri qaytarmaq. Lakin ilkin səviyyədə, sözügedən startap, epilepsiya və depressiya ilə mübarizə aparacaq xüsusi neyroimplantlar hazırlamaqla məşğul olacaq.
Qeyd etmək lazımdır ki, Neuralink, keçən ilin İyul ayında kaliforniyada qeydiyyatdan keçmişdi. Musk, yeni startapın idarə heyyətinə daxil ola bilər. Yeni startapın yaradılması məlumatını, amerikalı neyroalim Timothy Gardner təsdiq edib. Belə ki, o, bəzi mütəxəssis dostları ilə birlikdə yeni layihəyə qoşulub. Bir neçə müddət bundan öncə Elon Musk özü bu cür layihənin yaradılması haqqında planlarının olduğunu bildirmişdi. Bir çox yerlərdə çıxışları zamanı Elon Musk dəfələrlə bildirmişdi ki, süni zəka, insanı, koqnitiv imkanalara görə keçəcək. Bunun olmaması üçün isə beyin qabığı üçün nəzərdə tutulmuş xüsusi neyrointerfeys yaratmaq lazımdır ki, insan, süni zəkadan geri qalmasın.