9 C
Baku
Thursday, December 12, 2024

Elon Musk Neuralink çipinin insan üzərində nə zaman təcrübədən keçiriləcəyini açıqlayıb

Elon Musk yenidən diqqət mərkəzindədir. Keçən həftə o, Neuralink şirkətinin uğurla meymun beyninə naqilsiz implant yerləşdirdiyini və meymunun həmin implant sayəsində kompüter oyunları oynadığını bildirmişdi. Daha sonra isə o, beyin implantlarının insanlar üzərində təcrübədən nə zaman keçiriləcəyi barəsində məlumat verib. Gözləntilərə əsasən beyin implantları bir çox səhhət problemini aradan qaldıracaq. İfliclikdən tutmuş nevroloji xəstəliklər səbəbilə itirilmiş ağıl bacarıqlarının geri qaytarılmasına kimi. Elon Musk-ın sözlərinə əsasən o bu texnologiyanı insan beyni ilə kompüterin birləşməsi kimi görür. Bu isə öz növbəsində insanın bacarıqlarını daha da genişləndirməlidir.

Meymun beyninə çipin yerləşdirilməsi barəsində məlumatın verilməsi fonunda Twitter istifadəçilərindən biri Musk-a cavab olaraq yazıb ki, o, 20 il bundan öncə keçirtmiş olduğu yol qəzası səbəbilə iflic olub və Neuralink-in insanlar üzərində klinik testlərin keçirilməsində iştirak etmək istəyir. Çünki o öz itirilmiş bacarıqlarını geri qaytarmaq istəyir. Bir neçə gündən sonra Musk həmin şəxsin tweet-nə cavab verib və qeyd edib ki, Neuralink hal hazırda ABŞ-ın qida məhsulları ilə dərmanlarının keyfiyyətlərinə sanitar nəzarət üzrə idarəetmədən (FDA) icazənin alınmasını gözləyir. İcazənin alınmasından sonra insanlar üzərində ilk təcrübələrə start verilə bilər. Onun sözlərinə əsasən bu, 2021-ci ildə baş verə bilər.

MənbəTechnote
Son xəbərlər
Digər xəbərlər