Elon Musk – internetdə ən populyar ödəniş sistemi olan PayPal-un, ilk kütləvi elektromobil olan Tesla-nın, dünyada mövcud olan iki qeyir-dövlət kosmik stansiyasından biri olan SpaceX-in yaradıcısı və Mars planetində müstəmləkə layihəsinin müəllifidir.
O bu qədər uğurlu olmağı necə bacarır?
O həlli insanlara böyük fayda verən qlobal problemlərin həlli üzərində çalışır. Uğura ən kiçik şansı olan layihələri belə diqqətdən kənarda saxlamır. Onun iş prinsipi demək olar ki, belədir: zəhmətli iş + səhv etməkdən zərrə qədər də qorxmamaq. Onun öz şirkətlərinə yatırdığı vəsait bundan daha əvvəlki layihələr hesabına əldə edilən gəlirdir. Artıq 15 ildir ki, Elon Musk həftədə 100 saat işləyir.
SpaceX raketinin kosmosa ilk buraxılışı uğursuz alındı. İkinci də. Üçüncü də. Bu zaman Muskın şirkətinin artıq demək olar ki, pulu tükənmişdi və onun özü də boğaza qədər borc içərisində idi. Onun son şansı var idi və bu şans da uğursuzluqla nəticələnsə idi, onun və şirkətin sonu gələcəkdi.
Özünüzdən soruşun, 3 uğursuzluqdan sonra 4-cü dəfə ayağa qalxaraq layihənizi yenidən sınamağa cəsarət edərdiniz? Məhz bu xüsusiyyət uğurlu insanları digər insanlardan fərqləndirir. Onlar öz yaratmış olduqları ideyanı həyatda saxlamaq üçün hər şeyi qurban verməyə, şəxsi pullarını və güclərini sərf etməyə hazırdırlar. Raketin dördüncü dəfə buraxılması uğurlu alındı və SpaceX şirkəti NASA-dan milyard dollar dəyərində müqavilə və çoxlu sayda investor qazandı. SpaceX layihəsi xilas edilmişdi. Lakin bunu möcüzə adlandırmaq olardımı? Yəqin ki xeyr. Layihənin həyata keçməsi birbaşa olaraq Elon Muskın əzmkarlığı və hər şeyi doğru etdiyinə olan inamı ilə bağlı idi.
Spirtli içki və enerji içkilərinə olan münasibəti:
Muskın həyatında iki energetik var: kofein və Marsı müstəmləkəyə çevirmək arzusu. Bu yaxınlara qədər, Musk öz sağlamlığı haqda düşünəndə 6 şüşə dietik Cola və bir neçə böyük fincan qəhvə içirdi. Lakin hətta indi onun əməkdaşları deyirlər ki, bəzən Musk o qədər işinə aludə olur ki, onun reaksiya verməsi üçün adını bir neçə dəfə təkrar etmək lazım gəlir. Musk verdiyi müsahibələrin birində xatırlayır ki, kollecdə təhsil alarkən ümumiyyətlə içmirdi. Səbəbi isə sadədir: o sadəcə spirtin dadını bəyənmir.
Elon Musk hansı kitabları oxuyur:
Elon Musk verdiyi çoxsaylı müsahibələri zamanı bildirib ki, dahi şəxslərin bioqrafiyasını oxumağı çox sevir, xüsusən də Ben Franklin, Winston Churchill və Henry Fordun. Həmçinin Deyl Karneqinin kitablarını və əlbəttə ki, mühəndislik, dizayn, biznes və fizika ilə bağlı çox saylı kitabları oxuyur.
Elon Musk Cənubi Kaliforniya universitetində çıxışı zamanı demişdi: “İşləmək lazım gəldikdə işləyin. Bizim bir çoxumuz üçün iş sosial şəbəkələrdə və əyləncə saytlarında zaman keçirməkdən ibarətdir. Uğura nail olmaq üçün əzmlə işləmək lazım olduğu qeyd etməyə ehtiyac var?! Öş işinə vurğun olan əməkdaşları tapın, onları layihənizə cəlb edin.”
Onun əməkdaşları deyirlər ki, Musk çox tələbkar rəhbərdir. O belə hesab edir ki, əgər o sutkada 12 saat işləyirsə, digərləri də eynisini etməlidirlər. Heç nə havayı olaraq əldə edilmir və uğur qazanmazdan əvvəl belə insanlar uğursuzluq sınaqlarından keçməlidir. Fərq isə ondan ibarətdir ki, bəziləri yarı yolda təslim olur, bəziləri isə irəli getməyə davam edir. Elon Musk kimi uğur qazanmış insanlarla adlarını bilmədiyimiz insanlar arasındakı fərq məhz bundan ibarətdir.