Rusiya Mərkəzi Bankının başçısı Elvira Nabiullina bildirib ki, SWIFT beynəlxalq ödəniş sistemi maliyyə sanksiyaları nəticsində Rusiyada fəaliyyətini dayandırarsa, ölkənin bank sisteminin işi əvvəlki qaydada davam edəcək.
TASS agentliyinə istinadən xəbərə görə, Nabiullina bu ehtimalla bağlı deyib: “Ölkə ərazisində fəaliyyətdə olan bankomatların və ödəmə terminallarının 90%-dən çoxu “Mir” milli ödəniş sisteminin qəbuluna hazır vəziyyətə gətirilib”.
Onun sözlərinə görə, SWIFT fəaliyyətini dayandırarsa belə, Rusiyada bunu tam şəkildə əvəz edə biləcək analoq yaradılıb və bütün əməliyyatlar fasiləsiz olaraq həyata keçiriləcək.