5 C
Baku
Saturday, December 14, 2024

Elxan Poluxov: Azərbaycan ərəb dünyası ilə əməkdaşlığa hər zaman böyük diqqət yetirib

Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik əldə etdikdən sonra Azərbaycan ərəb dünyası ilə unikal əlaqələr qurub, ərəb dünyası və islam ümməti ilə əməkdaşlığa hər zaman böyük diqqət yetirib.

Bunu Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov “Ahram Online” nəşrinə müsahibəsində deyib.

“2023-cü ilin yanvarında Prezident Əbdülfəttah əs-Sisi Azərbaycana, bu yaxınlarda isə Prezident İlham Əliyev ikinci dəfə Misirə səfər edib. Bu, onu göstərir ki, hər iki ölkə ikitərəfli münasibətlərdə yeni, unikal səhifə açır”, – o vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Misirə son səfəri Yaxın Şərq və Cənubi Qafqaz üçün regional əhəmiyyət kəsb edib:

“Azərbaycan və Misir dünyanın və regionlarının aparıcı dövlətləridir. Hər iki ölkənin oxşar keçmişi var. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız göstərir ki, biz regional və qlobal səviyyədə problemləri tam başa düşürük”.

Səfir Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə də münasibət bildirib. O xatırladıb ki, Prezident İlham Əliyev Misir dövlət başçısını bu ilin noyabrında keçiriləcək COP29-a dəvət edib.

“Misir hökumətinə bu istiqamətdə göstərdiyi dəstəyə, paylaşdığı təcrübə və biliyə görə çox minnətdarıq. Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib də CO929-da iştirakını təsdiqləyib. Qeyd etmək vacibdir ki, biz aydın ismarışlar və ideyalar verir, belə böyük bir tədbirin öhdəsindən gələ biləcəyimizi nümayiş etdiririk. Biz bu tədbiri COP29-un real nəticələr verməsi perspektivindən təşkil edirik. Söhbət COP27 və COP28 zamanı başlanmış çoxsaylı təşəbbüslərin həyata keçirilməsi üçün aydın mexanizmlərdən gedir”, – diplomat bildirib.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər