29 C
Baku
Saturday, June 14, 2025

Əmək hüquqlarını pozan daha bir şirkət 20 min manat cərimələnib

Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam etdirilir. “Billur Fimrası” MMC tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılıb.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin Tovuz rayonu ərazisində yerləşən “Billur Petrol” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər