Əvvəlki məqalələrin birində əmək stajının hesablanması ilə bağlı qanunvericilikdəki dəyişikliklərdən sonra bəzi məqamları izah etmişdik. Bu dəfə isə iqtisadçı-ekspert Anar Bayramov işçinin əmək stajının hesablanmasını nümunə əsasında aydınlaşdırıb.

 

Əmək Məcəlləsində son dəyişikliklərlə bağlı 28 iyun 2024-cü il tarixli 1195-VIQD nömrəli Qanunun keçid müddəasında əmək stajının müəyyən edilməsinə aydınlıq gətirilib. Belə ki, Qanunun 12.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş dövlət orqanlarında çalışan, eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən edilir.

İndi isə praktiki misal üzərində işçinin əmək stajının hesablanması qaydasını nəzərdən keçirək.

Misal: İşçinin əmək stajı aşağıdakı kimi olub:

– 1 mart 2008-ci il tarixdən 6 il müddətində eyni iş yerində çalışıb;

– 1 mart 2014-cü il tarixdən fərqli işəgötürəndə əsas iş yeri kimi çalışdığı vəzifədə əmək stajı 4 il olub;

– Əlavə iş yeri üzrə çalışdığı işəgötürəndə isə 1 mart 2014-cü il tarixdən 18 ay çalışıb;

– 1 sentyabr 2018-ci il tarixdən etibarən 4 il müddətində ali təhsil alıb;

– 1 iyul 2022-ci il tarixdən 1 il müddətli həqiqi hərbi xidmətdə olub;

– 1 iyul 2023-cü il tarixdən 8 ay əsas iş yerində çalışıb;

– 1 dekabr 2023-cü il tarixdən 4 ay müddətində əlavə iş yerində çalışıb;

– 1 sentyabr 2024-cü il tarixdə yeni iş yerinə qəbul olunub.

İndi isə işçinin əmək stajını hesablayaq:

N Əmәk stajı haqqında mәlumat Nәzәrә alınıb-alınmaması haqqında mәlumat Qeyd
1 1 mart 2008-ci il tarixdәn 6 il müddәtindә eyni iş yerindә çalışıb Nəzərə alınır Xitam tarixi 1 iyul 2014-cü il tarixdәn öncә olduğu üçün ƏMAS altsistemindә qeydə alınmaması ehtimalı yüksәkdir
2 1 mart 2014-cü il tarixdәn fәrqli işәgötürәndә әsas iş yeri kimi çalışdığı vәzifәdә әmәk stajı 4 il olub Nəzərə alınır  
3 Əlavә iş yeri üzrә çalışdığı işәgötürәndә 1 mart 2014-cü il tarixdәn 18 ay çalışıb Nəzərə alınmır Eyni dövrdә işçinin әsas vә әlavә iş yeri üzrә әmәk stajı olduğu üçün yalnız biri nәzәrә alınmalıdır
4 1 sentyabr 2018-ci il tarixdәn etibarәn 4 il müddәtindә ali tәhsil alıb Nəzərə alınmır Ali tәhsil әmәk stajında nәzәrә alınmır
5 1 iyul 2022-ci il tarixdәn 1 il müddәtli hәqiqi hәrbi xidmәtdә olub Nəzərə alınmır Müddәtli hәrbi xidmәt dövrü әmәk stajında nәzәrә alınmır
6 1 iyul 2023-cü il tarixdәn 8 ay әsas iş yerindә çalışıb Nəzərə alınır  
7 1 dekabr 2023-cü il tarixdәn 4 ay müddәtindә әlavә iş yerindә çalışıb  

Qismən nəzərə alınır

Əlavә iş yerinin son bir ayında (2024-cü ilin mart ayında) әsas iş yerindә çalışmadığı üçün hәmin müddәtə qәdәr nәzәrә alınır
CƏMİ (nәzәrә alınacaq әmәk stajı üzrә) 10 il 9 ay (6 il+ 4 il+8 ay+ 1 ay)