5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Banker.az xəbər verir ki, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 437.194 vahid artıb və 2024-cü il aprelin 1-nə 1.839.109-a çatıb.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 386.253 vahid artaraq 926.175 olub.
2024-cü ilin birinci rübü ərzində qeyri-neft sektorunun özəl bölməsində 28.231 yeni əmək müqaviləsi bağlanıb.