İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 432,7 min vahid artıb və 2024-cü ilin mart ayının 1-nə 1.834.629 olub.
Bu barədə Banker.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 381,5 min vahid artaraq 921.383 təşkil edib.