Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə satışa çıxarılması nəzərdə tutulan mənzillərin real bazar qiymətinin müəyyən edilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
70 binada yerləşən 69 tip üzrə cəmi 1162 mənzilin qiymətləndirilməsi olacaq.
Ehtimal olunan qiymət isə 18 625 manatdır.