31 C
Baku
Wednesday, July 30, 2025

“Əməyin Mühafizəsi Mərkəzi”nin xərcləri 14 dəfə artıb

Dövlət Əmək Müfəttişliyi Xidməti tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi publik hüquqi şəxsin ümumi xərcləri 2024-cü il üzrə 1 milyon 33 min manat təşkil edib. 2023-cü ildə qurumun xərcləri 73 min manat olub ki, bu da illik müqayisədə xərclərin 14 dəfə artmasıdır.

Banker.az bu barədə publik hüquqi şəxsin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il Əməyin Mühafizəsi Mərkəzi inzibati xərcləri 12 dəfə artaraq 852 min manat olub.

Hesabat dövründə qurumun cəmi aktivləri, cəm kapital və öhdəlikləri 1.733 milyon manat olub.

Xatırladaq ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verir. Təlimlər, standart norma və qaydaların müəssisələrdə tətbiqi, sertifikasiya və inspeksiya nəzarətinin keçirilməsi, fərdi və kollektiv mühafizə vasitələrinin sertifikatlaşması, iş yerlərinin attestasiyası kimi xidmətlər də Mərkəzin fəaliyyət dairəsinə aiddir.

 

Son xəbərlər
Digər xəbərlər