16 C
Baku
Friday, April 19, 2024

Əmanətlərin Sığortalanması Fondu Qırğızıstan nümayəndə heyətini qəbul edib

®Əsas fəaliyyət istiqamətləri ölkədə əmanətlərin sığortalanması mexanizminin beynəlxalq standartlara uyğunlaşdırılması, qlobal təcrübənin öyrənilməsi, tətbiqi, digər ölkələrin analoji qurumları ilə əməkdaşlığın genişləndirilməsi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Qırğızıstan Əmanətlərin Qorunması Agentliyinin nümayəndə heyətini ƏSF-nin inzibati  binasında qəbul etmişdir. 

Qırğızıstan Əmanətlərin Qorunması Agentliyi tərəfindən İdarə Heyətinin sədri Roza Korçubekovna Aknazarova, İcraçı direktorun müavini Nurlan Mokuşeviç Baybosunov və Sistem inzibatçısı Bektur Kemeloviç Ryskeldievin Fonda səfəri çərçivəsində qarşılıqlı görüşlər baş tutmuşdur. Belə ki, ƏSF-nin rəhbərliyi, eyni zamanda İnformasiya texnologiyaları və təhlükəsizlik və Risklərin idarə edilməsi, təhlil və investisiya departamentlərinin əməkdaşları ilə nümayəndə heyəti arasında baş tutmuş iki günlük görüşdə ƏSF ilə Qırğızıstan Əmanətlərin Qorunması Agentliyinin fəaliyyət istiqamətləri və inkişaf perspektivləri, habelə informasiya texnologiyaları da daxil olmaqla ƏSF-nin risklərinin qiymətləndirilməsi və təhlili, maliyyə sektorunun səmərəliliyi və inkişafı ilə bağlı ətraflı müzakirələr aparılmışdır.

Görüş zamanı diqqətə çatdırılmışdır ki, ƏSF son illər informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində mühüm tərəqqiyə nail olmuş, eləcə də dünyada və ölkədə gündəmdə olan müasir elektron proqramlar haqqında yeni təcrübələrə və biliklərə sahiblənmişdir. Nümayəndə heyətinin üzvləri bu sahədə aparılmış işləri yüksək qiymətləndirmiş və ƏSF-nin İKT üzrə gələcək inkişaf perspektivləri haqqında məlumatlandırılmışlar.

Son xəbərlər
Digər xəbərlər