Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) 2022-ci ildə xalis mənfəəti əvvəlki ilə nisbətən 2.5% artıb.
Banker.az xəbər verir ki, Fond 2021-ci ili 104 479 490 manat, 2022-ci ili isə 107 139 676 manat xalis mənfəətlə bitirib.
2023-cü il yanvarın 1-nə Fondun cəmi aktivləri isə 566 499 589 manat təşkil edib ki, bu, 2022-ci ilin yanvarın 1-i ilə müqayisədə 14 % çoxdur.
2022-ci ildə cəmi öhdəlikləri 11.3 % azalaraq 293 106 253 manata, o cümlədən kompensasiya ödənişləri üzrə öhdəlikləri 25 % azalaraq 22 585 729 manata düşüb.
Fondun cəmi kapitalı 64.4% artaraq 273 393 336 manata çatıb.