12 C
Baku
Saturday, November 23, 2024

Əmanətlərin Sığortalanması Fondu Qarabağ Universitetində təlim keçirib

®31 oktyabr 2024-cü il tarixində Əmanətlərin Sığortalanması Fondu Qarabağ Universitetində Beynəlxalq Əmanət Gününə həsr olunmuş “Əmanətlərin sığortalanmasının 100 illik yubileyi. Etimad və sabitliyin 100 ili” adlı təlim keçirilmişdir.

Təlimdə Qarabağ Universitetinin prorektorları Fariz Əhmədov və Nərgiz İsmayılova,  iqtisadiyyat fakultəsinin dekanı Ceyhun Məmmədov, Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, Hüquq departamentinin baş hüquqşünası Misirə Xəlilzadə, Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov və “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev iştirak etmişdir.

Spikerlər tələbələri əmanətlərin sığortalanması sisteminin təkamülü, Qanunvericiliyin Azərbaycan əmanətlərin sığortalanması sistemində rolu, risklərin idarə edilməsi, yaşıl maliyyə və yeni risklər, habelə böhran zamanı kommunikasiyanın rolu mövzularında maarifləndirmişdir.

Təlimlərin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələr ilə təltif edilmişdir.

aaccbcaa e658 4ca1 9e7a d7fe0f6129be

aa1b020b e20e 4dd1 a8eb 71eab4c1ea83

78deede5 51d6 40c2 a497 320a76d3e7f1

b3394419 0114 45dc 84d2 426ac25d59b2

cfe2f951 5048 4c68 a3b3 effe301504e5 1

 

4f351a73 605e 4c5d 925a 901cc39834f4

283714a2 e3b7 4970 86b7 897d97ddc8e1

Son xəbərlər
Digər xəbərlər