Əmanətlərin Sığortalanması Fondu tərəfindən yaradılmış Elektron Auksion Portalı (auction.adif.az) vasitəsilə ləğv prosesində olan bankların balansında mövcud daşınar əmlakların satışı davam etdirilir. Portal açıq, şəffaf və rəqabətli satış mexanizmi təqdim etməklə həm fiziki, həm də hüquqi şəxslər üçün əlçatan alış mühiti yaradır.
Satışa çıxarılan məhsullar əsasən bank avadanlıqları, ofis mebelləri, məişət texnikası və informasiya texnologiyaları sahəsinə aid avadanlıqlardan ibarətdir. Məhsullar həm ayrı-ayrı vahidlər üzrə, həm də lot şəklində təqdim olunur.
Platformada qeydiyyatdan keçmiş istifadəçilər auksionlarda iştirak etməklə yanaşı, müəyyən edilmiş qaydalara uyğun olaraq məhsulları birbaşa satın ala bilirlər. Elektron auksionun şərtləri və prosedurları portalda aydın və əlçatan formada yerləşdirilib.
Elektron Auksion Portalı alıcılara günün 24 saatı, həftənin 7 günü istənilən məkandan, evdən və ya ofisdən auksionlarda iştirak imkanı yaradır. Bu, satış prosesinin daha çevik və operativ həyata keçirilməsini təmin edir.
Portal şəffaflıq, etibarlılıq və bərabər rəqabət prinsiplərinə əsaslanır və real bazar dəyərinə uyğun qiymət formalaşmasına şərait yaradır.
Əmanətlərin Sığortalanması Fondu maraqlı şəxsləri Elektron Auksion Portalına daxil olaraq aktiv satış elanları ilə tanış olmağa dəvət edir.
Ətraflı məlumat üçün əlaqə nömrəsi: (+994) 941







