17 C
Baku
Saturday, May 18, 2024

Əmanətlərin Sığortalanması Fondunun rəsmisi Mərkəzi Bankın təşkilatçılığı ilə təlim keçirib

®12 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə savadlılığının təşviqi və tədrisi məqsədilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) üzvləri üçün “Əmanətlərin sığortalanması sistemi və risklərin idarə edilməsi mexanizmi” mövzusunda təlim həyata keçirmişdir. 

Bir neçə gün davam edən tədbirin 12 oktyabr tarixində baş tutan təlim proqramının əsas qonağı və spikeri Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi olmuşdur. C.Rayi tərəfindən ARPA-nın üzvlərinə Azərbaycanda əmanətlərin sığortalanması sisteminin təşkili, ƏSF-nin yaradılmasının məqsədi və funksiyaları, risklərin idarə edilməsi sistemində tətbiq olunan tənzimləyici dəyişikliklər, habelə praktiki risklərin idarə edilməsi bacarıqları ilə bağlı geniş məlumat verilmişdir. Əlavə olaraq, cənab Rayi təlim iştirakçılarını səmərəli risklərin idarə edilməsinin maliyyə sabitliyində rolu, süni intellektin köməyi ilə gözlənilən risklərin müəyyən edilməsi, habelə  böhran zamanı risklərin idarə edilməsi istiqamətində tətbiq olunan tənzimləyici dəyişikliklər mövzularında maarifləndirmişdir. 

Sözügedən proqram çərçivəsində ARPA-nın üzvləri praktiki olaraq risk və investisiya portfelinin effektiv idarə olunması, risklərin qiymətləndirilməsi, azaldılması, o cümlədən risk təsirlərinin minimuma endirilməsi yolları ilə tanış olmuşlar. 

 

2 4 3 1 1 1 2 2 3 3

Son xəbərlər
 ⁠
Digər xəbərlər