15 C
Baku
Tuesday, April 30, 2024

eManat-da “hazırlıq işləri” görülür

“Modern” Şirkətlər Qrupunun törəmə təşkilatı “MODENİS” MMC (eManat) nizamnamə kapitalındakı kəskin artımı yeni qəbul edilcək qanun layihəsi ilə əlaqələndirib.

Bununla bağlı “eManat”dan Banker.az-a bildirilir.

“Bildiyiniz kimi, hal-hazırda Milli Məclisdə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsi müzakirə edilir”.

Qanuna əsasən hər bir ödəniş təşkilatı və elektron pul təşkilatı müəyyən məbləğdə nizamnamə kapitalı təmin etməlidir.

“Bu tələbləri nəzərə alaraq nizamnamə kapitalımızın artırılması məqsədilə müvafiq tədbirlərin görülməsinə başlamışıq”- deyə, “e-Manat”dan bildirilir.

Xatırladaq ki, “MODENİS” MMC-nin nizamnamə kapitalı 20 manatdan 5.39 mln. manata qaldırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər