“EmbaFinans” 1.5 milyon cəlb etmək üçün kapital bazarına baş vurur

Bank Olmayan Kredit Təşkilatı “EmbaFinans” QSC-nin “Bakı Fond Birjası” QSC-də istiqrazlarını yerləşdirləcək.

Banker.az bu barədə BOKT “EmbaFinans”ın yaydığı sənədə istinadən xəbər verir.

Yeni buraxılacaq istiqrazların hər birinin nominal dəyəri 1 000 manat olmaqla 1 500 ədəd təşkil edəcək ki, bu da 1.5 milyon manatlıq faizli, taminatsız, sənədsiz, adlı istiqraz deməkdir.

Anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Qiymətli kağızlar 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10.5%-dir.

Məlumatda qeyd edilir ki, faizlər aylıq ödəniləcək.

Emitentin tədavül müddətində onları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, “EmbaFinans” 10 milyon manat səhm kapitalına sahibdir. Səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Məşhur Məmmədova (Milli Məclisin deputatı), 14%-i isə Tamara Polyakovaya məxsusdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.